Müqavimət qüvvələri sionistlərin mövqelərinə raket zərbələri endiriblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i325806-müqavimət_qüvvələri_sionistlərin_mövqelərinə_raket_zərbələri_endiriblər
Fələstinin müqavimət qrupları işğal edilmiş ərazilərin cənubunda sionistlərin mövqelərinə raket zərbələri endiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 17, 2018 07:27 Asia/Baku
  • Müqavimət qüvvələri sionistlərin mövqelərinə raket zərbələri endiriblər
    Müqavimət qüvvələri sionistlərin mövqelərinə raket zərbələri endiriblər

Fələstinin müqavimət qrupları işğal edilmiş ərazilərin cənubunda sionistlərin mövqelərinə raket zərbələri endiriblər.

Müqavimət qüvvələrinin raket hücumunun ardınca İsrail rejiminin təhlükəsizlik rəsmilərinin iclası ləğv edilib. 

İsrail medialarının bildirdiklərinə görə, İsrailin nazirlər kabinetinin iclası bu gün səhər keçirilməli idi, amma, ləğv edilib. 

Digər tərəfdən İsrail ordusunun baş qərargah rəisi Qadi Ayzenkut Qəzzə ilə sərhəd məntəqədə gərginliyin artmasına görə, ABŞ-a olan səfərini yarıda kəsərək, Vaşinqtonu Təl-Əviv istiqamətində tərk edib. 

İsrail başçıları Fələstinli qrupların raket hücumlarının insan tələfatına işarə etmədən, atılan raketlərin fələstinli qrupların mövqelərindən atıldığını və Ber Səbə şəhərini hədəfə aldığını bildiriblər. 

Bundan öncə İsrail qırıcıları Qəzzənin şimalında Beyt Lahiya şəhərinə raket zərbələri endirmişdilər. 

Əl-cəzirə informasiya kanalının verdiyi məlumata görə, İsrailin Qəzzə zolağına olan hücumlarında bir fələstinli şəhid olub. 

İsrail medialarının bildirdiklərinə görə, Aviqdor Liberman Əriz və Kərəm Salim keçidlərinin bağlanılmasına dair göstəriş verib. Həmçinin, Qəzzə sahillərində balıqçılıq üçün nəzərdə tutulmuş sahil sularının hüdudları bir az da daraldılıb.