Qaşıqçını qətlə yetirən "cəllad" dəstəsinin bir üzvü şübhəli şəkildə həyatını itirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i325900-qaşıqçını_qətlə_yetirən_cəllad_dəstəsinin_bir_üzvü_şübhəli_şəkildə_həyatını_itirib
Türkiyə mediaları jurnalist Camal Qaşıqçını qətlə yetirən "cəllad" dəstəsinin üzvlərindən birinin Ər-Riyadda şübhəli bir avtomobil qəzasında həyatını itirməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 18, 2018 14:44 Asia/Baku
  • Qaşıqçını qətlə yetirən
    Qaşıqçını qətlə yetirən "cəllad" dəstəsinin bir üzvü şübhəli şəkildə həyatını itirib

Türkiyə mediaları jurnalist Camal Qaşıqçını qətlə yetirən "cəllad" dəstəsinin üzvlərindən birinin Ər-Riyadda şübhəli bir avtomobil qəzasında həyatını itirməsindən xəbər veriblər.

Türkiyədə çıxan Yeni Şəfəq qəzeti bu gün cümə axşamı yazıb: Ərəbistan ordusunun hava qoşunlarının komandanlarından olan Məşəl Səəd Əl-Bəstani Ər-Riyadda şübhəli bir avtomobil qəzasında həyatını itirib. Məşəl Səəd Əl-Bəstani 2 oktyabrda, jurnalist Camal Qaşıqçının İstanbulda Ərəbistanın Baş Konsulluğuna müraciət etdiyi zaman orada olub.

Yeni Şəfəq qəzeti hadisənin detallarına işarə etməyib.

İnformasiya mənbələri çərşənbə axşamı Türkiyə rəsmilərindən birinə istinadla Camal Qaşıqçının cəsədi, 2 oktyabrda, Ərəbistanın İstanbuldakı Baş Konsulluğuna daxil olmasından sonra yoxa çıxmasının ardınca, Ərəbistanın məhkəmə ekspertizasının patoloji həkimi Səlah Ət-Təbiqi tərəfindən mişar ilə doğranaraq, tikələrə ayrılıb.