Ərəbistanın Suriyanın daxili işlərinə müdaxilə haqqı yoxdur
https://azeri.sahartv.ir/news/qərbi_asia-i325904-Ərəbistanın_suriyanın_daxili_işlərinə_müdaxilə_haqqı_yoxdur
Suriyanın BMT-dəki nümayəndəsi Təhlükəsizlik Şurasının iclasında deyib: Regionda terrorizmin beşiyi olan Ərəbistan Suriyanın daxili işlərinə müdaxilə etmək haqqına malik deyil.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 18, 2018 15:21 Asia/Baku
  • Ərəbistanın Suriyanın daxili işlərinə müdaxilə haqqı yoxdur
    Ərəbistanın Suriyanın daxili işlərinə müdaxilə haqqı yoxdur

Suriyanın BMT-dəki nümayəndəsi Təhlükəsizlik Şurasının iclasında deyib: Regionda terrorizmin beşiyi olan Ərəbistan Suriyanın daxili işlərinə müdaxilə etmək haqqına malik deyil.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Suriyanın BMT-dəki nümayəndəsi Bəşşar Cəfəri çərşənbə günü Təhlükəsizlik Şurasının iclasında Ərəbistanın BMT-dəki nümayəndəsi Abdullah Əl-Müəllimə xitabən deyib: Regionda terrorizmin beşiyi olan və ərəbistanlı jurnalist Camal Qaşıqçını öz konsulluğunda dəhşətli şəkildə qətlə yetirən Ərəbistanın Suriyanın daxili işlərinə müdaxilə etmək haqqı yoxdur.

Bəşşar Cəfəri həmçinin deyib: Ölkəsinin Suriya xalqına yardım etmək qərarına gəldiyini deyən Ərəbistanın BMT-dəki nümayəndəsi Suriya, İraq, Livan, Misir, İordaniya, Liviya, Əfqanıstan, Nigeriya və Asiyanın cənub-şərqində  terrorizmin  yaranması və genişlənməsində elə təmsil etdiyi ölkənin məsuliyyət daşıdığını unudur.