Bəşşar Cəfəri: İsrailin işğalçılığı regiondakı gərginliyin başlıca amilidir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i325979-bəşşar_cəfəri_İsrailin_işğalçılığı_regiondakı_gərginliyin_başlıca_amilidir
Suriyanın BMT-dəki daimi nümayəndəsi İsrail rejiminin Ərəb torpaqlarındakı işğalçılığını regiondakı gərginliyin başlıca amili adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 19, 2018 07:30 Asia/Baku
  • Bəşşar Cəfəri: İsrailin işğalçılığı regiondakı gərginliyin başlıca amilidir
    Bəşşar Cəfəri: İsrailin işğalçılığı regiondakı gərginliyin başlıca amilidir

Suriyanın BMT-dəki daimi nümayəndəsi İsrail rejiminin Ərəb torpaqlarındakı işğalçılığını regiondakı gərginliyin başlıca amili adlandırıb.

İRNA-nın məlumatına görə, Suriyanın dövlət xəbər agentliyi SANA bildirib: Bəşşar Cəfəri cümə axşamı BMT-nin Təhlükəsizlik Şurasının Yaxın Şərqlə bağlı iclasında Dəməşqin İsrail rejiminin Cövlan yüksəkliklərindəki addımlarını qəti şəkildə pislədiyini deyib. 

B.Cəfəri Suriyanın işğal edilmiş ərazilərinin BMT-nin nizamnaməsi və Təhlükəsizlik Şurasının qətnamələri əsasında azad ediləcəyini deyərək, əlavə edib: İsrailin Ərəb torpaqlarındakı işğalçılığından bir neçə on illik keçməlidir ki, Təhlükəsizlik Şurası bu işğalçılıqlara son qoymalı olduğu qərarına gəlsin. 

Suriyanın BMT-dəki nümayəndəsi Fələstin xalqının hüquqlarını görməməzliyə vuran ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi və "Yəhud Dövləti" qanunu kimi hərəkətləri qəbuledilməz adlandırıb. 

Bəşşar Cəfəri əlavə edib: BMT Baş Assambleyasının 3314 saylı qətnaməsində işğalçılıq bütün düşmənçilik hərəkətlərinin başında duran hərəkət hesab olunub. buna görə də, işğalçılıq qarşısında sükut edənlər xalqlar və ölkələrə edilən təcavüzlərin şərikidirlər. 

Cövlan yüksəklikləri dağlıq bir ərazidir və Suriyanın cənub-qərb hissəsi sayılır. Bu ərazi Suriyanın Qüneytərə vilayətinin bir hissəsidir.

Cövlan yüksəkliyi Suriyanın paytaxtı Dəməşqdən cəmi 70 kilometr aralıda yerləşir. İsrail rejimi 1967-ci ildə Cövlan yüksəkliklərinni böyük bir hissəsini işğal edib.