İzzəddin Qəssam Batalyonları İsrailə xəbərdarlıq etdi
Fələstin İslam Müqaviməti Hərəkatı Həmas-ın hərbi qolu olan İzzəddin Qəssam Batalyonları cümə axşamı İsrail başçılarına xitabən təhdid xarakterli bir video-mesaj paylaşıb.
Fələstin informasiya mərkəzinin bildirdiyinə görə, bu 25 saniyəlik video-mesajda deyilir: İzzəddin Qəssam Batalyonlarının raket bölməsi hazırda sionistləri hədəfə almaq üçün daha iri raketlər hazırlamaqla məşğuldur.
İzzəddin Qəssam Batalyonlarının Hərbi Təbliğat və Media İdarəsinin rəsmi internet səhifəsində yerləşdirilən bu video-mesajın sonunda deyilir: "Hesablamalarınızda səhvə yol verməyin."
İsrail rejimi çərşənbə günü Qəzzə zolağından işğal altında olan Fələstin ərazilərinə iki ədəd raketin atıldığını və onlardan birinin Ber Səbə şəhərinə, digərinin isə Təl-Əviv sahillərinə dəydyini bildirib.
İsrail hərbçiləri bu raket hücumunun ardınca müqavimət qüvvələrinin təqribən 20 bazasına raket zərbələri endiriblər. Amma, Fələstinli müqavimət qüvvələrinin birgə əməliyyat otağı bu iki raket ilə hər hansı əlaqəyə malik olmadığını elan edib.