Seyid Həsən Nəsrullah müqavimət düşmənlərinin fitnələri qarşısında ayıqlığa təkid etdi
-
Seyid Həsən Nəsrullah - Livan Hizbullahının baş katibi
Livan Hizbullahının baş katibi deyib: Hizbullah düşmənin müqavimət əleyhinə fitnə planlarını öz ayıqlığı ilə zərərsizləşdirib.
Əl-Əhd informasiya portalının verdiyi məlumata əsasən, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah "Ən-Nur" radiosunun təsis edilməsinin 30-cu ildönümü münasibətilə bu radionun işçiləri ilə görüşdə deyib: Bu gün müqavimətin üz-üzə olduğu ən önəmli məsələlərdən biri siyasi, ictimai, etnik və qəbilələrarası ixtilaflar yolu ilə müqaviməti məhv etmək planıdır.
Seyid Həsən Nəsrullah sosial şəbəkələrin önəmi və təhlükələrinə işarə edərək, müqavimət qüvvələrinin media savaşında güclü iştiraka malik olmasını bir zərurət adlandırıb.
Livan Hizbullahının baş katibi əlavə edib: Bu gün mediaların üzərinə düşən ən böyük məsuliyyət düşmənin fitnələrini zərərsizləşdirməkdir.