Əfqanıstan seçkilərində raket hücumları nəticəsində altı nəfər ölüb
-
Əfqanıstan seçkilərində raket hücumları nəticəsində altı nəfər ölüb
Əfqanıstan milli məclisinə seçkilər ilə bir zamanda Təxar və Kapisa vilayətlərinə qarşı raket hücumları nəticəsində altı nəfər ölüb.
Taliban-ın Təxar vilayətinin "Xacə Qar" rayonuna qarşı raket hücumunda beş əfqan mülki həlak olub, 4 nəfər də yaralanıbdır.
Həmçinin Kapisa vilayətinə qarşı raket hücumu nəticəsində bir qadın ölüb, 14 əfqan mülki də yaralanıbdır.
Bu gün Əfqanıstanın Nəngərhar vilayətində bomba partlayışı nəticəsində də 14 nəfər yaralanıbdır ki, yaralılardan bəzilərinin vəziyyəti ağır elan olunubdur.
Bundan öncə paytaxt Kabil şəhərində seçki məntəqələrinin yaxınlığında bomba partlayışı nəticəsində 15 nəfər ölmüş, 110 nəfər də yaralanmışdı.
Əfqanıstan milli məclisinə seçkilər bu gün səhər Qəndəhar və Qəzney vilayətləri çıxılmaq şərti ilə bütün vilayətlərdə keçirilib və yerli vaxtla gecə saat 9-dək davam edəcəkdir.