Suriyada terrorçuların kimyəvi emalatxanası partlayıb
Okt 21, 2018 08:18 Asia/Baku
-
Suriyada terrorçuların kimyəvi emalatxanası partlayıb
Suriyanın İdlib vilayətində terrorçulara aid kimyəvi maddələr emalatxanasının partlaması zamanı bir neçə türk, çeçen və ingilis ekspert daxil olmaqla azı on bir nəfər ölübdür.
Suriyanın Türkiyə ilə sərhədləri yaxınlığında yerləşən "Tirmanin" qəsəbəsində partlayıcı maddələr istehsalı emalatxanasında partlayış baş verib.
Bundan öncə terrorçular Qərb mediaları və ağpapaqlıların koordinasiyaları ilə Suriya ordusunu kimyəvi maddələrdən istifadədə ittiham etmək üçün müxtəlif senarilər icra etmişdilər ki, onların hamısı dəqiq ifşaçılığa görə, uğursuz qalıbdır.
Digər bir xəbərə görə, ötən aprel ayından bəri İdlib, Hələb və Həmahda Suriyanın ordu qüvvələrilə döyüşlərdə 386 terrorçu öldürülüb və bir qrup terrorçu da yaralanıbdır.