Əfqanıstan parlament seçkilərinin ikinci günü başlanıb
-
Əfqanıstan parlament seçkilərinin ikinci günü başlanıb
Əfqanıstan parlament seçkilərinin ikinci günü yerli vaxtla bu gün səhər saat yeddidən bəzi seçki məntəqələrində başlanıb.
Dünən texniki və təhlükəsizlik problemləri üzündən açılmamış bəzi seçki məntəqələrində bu gün Əfqanıstan parlament seçkiləri rəsmən başlanıbdır.
Dünən yerli vaxtla səhərin ilk saatlarından başlanmış Əfqanıstan parlament seçkiləri prosesi gecə saat 8-00-da başa çatıbdır. Belə bir halda, ondan qabaq Əfqanıstan seçki komissiyasının sədri səsvermə zamanının yerli vaxtla gecə saat 9-dək uzadılmasından xəbər vermişdi.
Məlumatlara görə, dünən üç milyon nəfərə yaxın seçici öz səsini qutulara salıbdır.
Dünən Əfqanıstan parlament seçkiləri prosesi ilə bir zamanda törədilmiş hücum və partlayışlarda 40 nəfər ölüb, 110 nəfər də yaralanıbdır.