Okt 21, 2018 19:26 Asia/Baku
  • Əfqanıstan parlament seçkilərində səslərin 80 faizi sayılıb

Əfqanıstan seçki komissiyasının sədri parlament seçkilərində səslərin 80 faizi sayılmasından xəbər verib.

Əfqanıstan seçki komissiyasının sədri  Golacan Əbdolbədii Səyyad elə bir halda bu ölkənin parlament seçkilərində səslərin 80 faizinin sayılmasından xəbər verir ki, hələ səsvermə prosesi başa çatmayıb və seçkilərin ikinci günündə bəzi seçki məntəqələrinin bağlı qalması barədə məlumatlar yayılıbdır.

Əfqanıstan parlament seçkilərinin ikinci günü yerli vaxtla bu gün səhər saat yeddidən bəzi seçki məntəqələrində başlanıb. Texniki, icra və təhlükəsizlik problemlərinin yaranması üzündən Əfqanıstanın on dörd vilayətindəki seçki məntəqələrində seçkilər keçirilməyibdir.

Teqlər