İsrail hərbçiləri Qərb Sahilinə hücum ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i326352-İsrail_hərbçiləri_qərb_sahilinə_hücum_ediblər
İsrail hərbçiləri bazar günü axşam İordan çayının qərb sahilinə basqın edərək, təqribən 10 fələstinlini həbs ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 22, 2018 07:18 Asia/Baku
  • İsrail hərbçiləri Qərb Sahilinə hücum ediblər
    İsrail hərbçiləri Qərb Sahilinə hücum ediblər

İsrail hərbçiləri bazar günü axşam İordan çayının qərb sahilinə basqın edərək, təqribən 10 fələstinlini həbs ediblər.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, İsrail hərbçilərinin hücumunun ardınca fələstinlilərlə sionistlər arasında toqquşma baş verib. 

İsrail hərbçiləri hər gün müxtəlif bəhanələrlə İordan çayının qərb sahilində və Qüds şəhərində fələstinlilərin evlərinə basqın edirlər. 

Fələstin mənbələrinin rəsmi açıqlamalarına görə, İsrail zindanlarında təqribən 7 min fələstinli əsir var. 

Digər tərfdən, Fələstinin Milli Hərəkət Heyəti "Qayıdış Haqqı"  və dəniz yürüşlərinin Qəzzənin mühasirəsinin ləğv olunacağı və fələstinlilərin tələblərinin reallaşacağı zamana kimi davam edəcəyini bildirib. 

Qəzzənin mühasirəsini yarmaq üçün 12-ci dəniz yürüşündə 20-dən çox qayıq iştirak edib. Bu qayıqlar Qəzzənin dəniz sərhədləri boyunca üzüblər. İsrailin hərbi qayıqları onlara tərəf atəş açıblar. Nəticədə bir neçə fələstinli yaralanıb.