Suriyanın İdlib şəhərində partlayış, ölən və yaralananlar var
https://azeri.sahartv.ir/news/qərbi_asia-i326353-suriyanın_İdlib_şəhərində_partlayış_ölən_və_yaralananlar_var
Suriyanın İdlib şəhərində bomba quraşdırılmış bir avtomobilin partladılması nəticəsində ölən və yaralananların olduğu bildirilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 22, 2018 07:19 Asia/Baku
  • Suriyanın İdlib şəhərində partlayış, ölən və yaralananlar var
    Suriyanın İdlib şəhərində partlayış, ölən və yaralananlar var

Suriyanın İdlib şəhərində bomba quraşdırılmış bir avtomobilin partladılması nəticəsində ölən və yaralananların olduğu bildirilir.

İRİB-nin verdiyi məlumata görə, Suriya İnsan Haqları Gözətçisi Qrupu bir bəyanat yayaraq, bildirib: Partlayış bazar günü səhər İdlib şəhərinin 30-cu prospektində, Rozə məscidinin yaxınlığında baş verib. 

Suriya İnsan Haqları Gəzətçisi Qrupu bu partlayış nəticəsində 3 nəfərin öldüyü, 12 nəfərin isə yaralandığını bildirib. 

Bu məlumata görə, 26 apreldən bəri İdlib, Həma və Hələb şəhərlərində 360 nəfər terrorçu terror edilib. 

Terror dəstələri ötən iki ildə Suriya ordusu və müqavimət qüvvələri qarşısında məğlub olduqdan sonra, təhlükəsiz zonaların yaradılması üzrə əldə olunmuş anlaşma əsasında İdlib vilayətinə köçürülüblər. 

Suriya ordusu hazırda İdlib vilayətinin terrorçulardan təmizlənməsinə hazırlaşır.