Terrorçular ağır silahlarını Hələbin qərbindən çıxardıblar
Okt 22, 2018 17:23 Asia/Baku
-
Terrorçular ağır silahlarını Hələbin qərbindən çıxardıblar
Suriya mənbələri Soçi anlaşması əsasında Feyləqüş-Şam və Səvar Əş-Şam terror qrupları öz ağır silahlarını Hələbin qərbində yerləşən Əl-Zəhra məntəqəsindən çıxardıblar.
Əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, Nurəddin Zəngi terror qruplaşması da öz tankları, topları və minaatanlarını Hələbin qərbində yerləşən Raşidin məntəqəsindən çıxardıb.
Rusiya prezidenti Vladimir Putin 17 sentyabrda Soçidə Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan ilə görüşdükdən sonra, İdlib vilayətində 15 kilometrlik bir ərazidə təhlükəsiz zonanın yaradılmasına dair razılığın əldə olunduğunu bildirdi.