İraqın Həşdüşşəbi qüvvələri Nəcəf-Kərbəla şose yolunun təhlükəsizliyinə nəzarət edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i326440-İraqın_həşdüşşəbi_qüvvələri_nəcəf_kərbəla_şose_yolunun_təhlükəsizliyinə_nəzarət_edir
İraqın Həşdüşşəbi qüvvələrinin Nəcəf vilayəti üzrə səlahiyyətli rəsmisi bu vilayətin polis rəisi ilə Həşdüşşəbi qüvvələrinin patrul dəstələrinin Nəcəf-Kərbəla şose yolu boyunca yerləşmələri haqda razılığın əldə olunmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 23, 2018 07:09 Asia/Baku
  • İraqın Həşdüşşəbi qüvvələri Nəcəf-Kərbəla şose yolunun təhlükəsizliyinə nəzarət edir
    İraqın Həşdüşşəbi qüvvələri Nəcəf-Kərbəla şose yolunun təhlükəsizliyinə nəzarət edir

İraqın Həşdüşşəbi qüvvələrinin Nəcəf vilayəti üzrə səlahiyyətli rəsmisi bu vilayətin polis rəisi ilə Həşdüşşəbi qüvvələrinin patrul dəstələrinin Nəcəf-Kərbəla şose yolu boyunca yerləşmələri haqda razılığın əldə olunmasından xəbər verib.

İRNA-nın məlumatına görə, Qasım Əl-Xaqani və ordu generalı Əla Qərib Əz-Zübeydi arasında baş tutan görüşdə Nəcəf vilayətinin təhlükəsizlik durumu habelə, Ərbəin zəvvarlarının təhlükəsizliyinin təmin edilməsi üzrə görülən tədbirlər barəsində danışıqlar aparılıb. 

Digər tərəfdən Ərbəin zəvvarlarının təhlükəsizliyini təmin etmək üçün 30 min təhlükəsizlik qüvvəsi səfərbər edilib. 

20 səfər 1440-cı hicri qəməri ili (30 oktyabr 2018) İmam Hüseyn(ə) və vəfalı tərəfdaşlarının Kərbəlada şəhid olmasının Ərbəini günüdür. 

Milyonlarla insan Ərbəin mərasimində iştirak etmək üçün Kərbəla şəhərinə doğru yola çıxıb.