İsrail rejimi İordaniyanı susuz qoymaqla təhdid etdi
-
İsrail rejimi İordaniyanı susuz qoymaqla təhdid etdi
İsrailin kənd təsərrüfatı naziri bazar ertəsi günü axşam deyib: Əgər İordaniya Əl-Baqurə və Əl-Qəmər məntəqələrini geri almaq istəyərsə, Təl-Əviv Omanın suyunu kəsəcək.
Rusiya Əl-Yəum informasiya portalının verdiyi məlumata görə, Uri Ereyl deyib: Əgər Əl-Baqurə və Əl-Qəmər məntəqələri ilə bağlı İordaniya və İsrail arasındakı sülh anlaşması ləğv edilərsə, Təl-Əviv Əmmanın su payının yarıdan çoxunu kəsəcək.
İordaniya kralı ikinci Abdullah bazar günü krallıq sarayında bir qrup rəsmi arasında deyib: 1994-cü ildə Əl-Baqurə və Əl-Qəmər məntəqələrinin İsrailə icarəyə verilməsinə dair imzalanmış sülh anlaşmasının müddəti başa çatıb və Təl-Əviv bu əraziləri İordaniyaya geri qaytarmalıdır.
İordaniya hökuməti 1994-cü ildə İsrail rejimi ilə "Ərəbə Səhrası" adlı sülh müqaviləsi imzalayıb. Amma, bu sülh müqaviləsinin imzalanmasından 25 ilin ötməsinə baxmayaraq, Əmman hələ də öz milli hakimiyyətini bütün ölkə boyunca təmin edə bilməyib.