Yəmən ordusu bu ölkənin Qərb sahilləri boyunca irəliləyir
-
Yəmən ordusu bu ölkənin Qərb sahilləri boyunca irəliləyir
Yəmən ordusu və xalq qüvvələrinin bu ölkənin qərb sahillərinin cənub bölgəsində təcavüzkar Səudiyyə qüvvələrinin mövqelərinə olan hücumlarında çoxlu sayda muzdlu və təcavüzkar qüvvə öldürülü və yaralanıb.
Əl-Aləm informasiya kanalının verdiyi məlumata görə, Yəmənin silahlı qüvvələri sözçüsü Yəhya Səri deyib: Bazar ertəsi günü ordu və xalq qüvvələrinin təcavüzkar qüvvələrin mövqelərinə olan hücumlarında çoxlu sayda hərbi texnika və zirehli maşın da məhv edilib.
Yəmən ordusu və xalq qüvvələri həmçinin, Təiz vilayətinin Əsifrə məntəqəsinə doğru irəliləməyə çalışan Səudiyyə qüvvələrinin hərəkət etdiyi yolda partlayış törədərək, bir qrup muzdlu və təcavüzkar qüvvəni öldürüblər.
Əl-Bəyza vilayətinin Əl-Xədar Əl-Əsvəd məntəqəsində də muzdlu qüvvələrin mövqeləri Yəmən ordusunun hücumuna məruz qalıb. Bu əməliyyatda bir qrup muzdlu məhv edilib.
Yəmən ordusu və xalq qüvvələrinin artilleriya bölməsi də Midi səhrasında Səudiyyə qüvvələrinin mövqelərini hədəfə alıb. Bu hücumda çoxlu sayda muzdlu yaralanıb.
Ərəbistan ABŞ və BƏƏ-nin dəstəyi ilə 2015-ci ilin martından Yəmənə qarşı hərtərəfli hücumlara başlayıb və bu ölkəni intensiv şəkildə bombalayır. İndiyə kimi bu hücumlarda 14 mindən çox insan ölüb, on minlərlə nəfər yaralanıb və milyonlarla insan didərgin düşüb.
Ərəbistan həmçinn, Yəməni havadan, sudan və qurudan mühasirədə saxlayaraq, bu yoxsul ölkəni insan faciəsinə sürükləyib.