Avantüraçılıq; Ali-Səud rejiminin ölkəni idarə etmək metodu
-
Avantüraçılıq; Ali-Səud rejiminin ölkəni idarə etmək metodu
Ali-Səud rejimindən ayrılmış bir Səudiyyə şahzadəsi avanturaçılığı Ərəbistan vəliəhdinin dövləti idarə etmək üçün seçdiyi metod adlandırıb.
Xalid bin Fərhan Ali-Səud Livanın Əl-Məyadin informasiya kanalına verdiyi müsahibədə Ərəbistan vəliəhdi Məhəmməd Bin Salmanın ölkəni idarə etmək üçün avantüraçılıq metodunu seçdiyini deyərək, onun yolun sonuna çatdığını söyləyib.
Xalid bin Fərhan əlavə edib: Əgər Ərəbistan vəliəhdi kral Salman vəliəhd olaraq Məhəmməd bin Salmanın yerinə bir başqasını seçməyə məcbur olarsa, bu şəxs Məhəmmədin kiçik qardaşı Xaliddən başqası olmayacaq. Və, əgər Xalid vəliəhd təyin edilərsə, heç şübhəsiz ona qarşı çevriliş olacaq.
Hazırda Almaniyada yaşayan şahzadə Xalid bin Fərhan deyib: Ərəbistanda Səudiyyə başçılarını təyin edən "Beyət Heyəti" formal xarakter daşıyır.
Xalid bin Fərhan Ərəbistan vəliəhdinin Qaşıqçı olayındakı rolunun sübut ediləcəyi təqdirdə, onun mühakimə olunmasını istəyib və deyib: Dünya ölkələri necə onunla anlaşa bilir? Halbuki, O, bir jurnalistin qətlə yetirilməsi və cəsədinin doğranmasında ittiham olunur.
Şahzadə Xalid bin Fərhan elə onun özünün də Ali-Səud ilə müxalif düşüncələrə malik olduğu üçün zəhərlənərək, sui-qəsdə məruz qaldığını və 3 il müddətinə müalicə olunduğunu deyib.
Onun dediyinə görə, Ərəbistan başçılarında insanlıqdan əsər-əlamət yoxdur. Onları üçün hətta, qohumluq belə önəmli deyil. Onların nəzərində, müxalif olan hər kəs ölməlidir.