İsrailin Nazirlər Kabineti qorxu, iztirab və çaşqınlıq içərisindədir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i326450-İsrailin_nazirlər_kabineti_qorxu_iztirab_və_çaşqınlıq_içərisindədir
İsrail rejiminin sabiq müharibə və baş naziri hazırkı baş nazir Benyamin Netanyahunun militarist siyasətlərini İsrailin Nazirlər Kabinetində qorxu, iztirab və çaşqınlıq içərisində olmasının nişanəsi adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 23, 2018 11:23 Asia/Baku
  • İsrailin Nazirlər Kabineti qorxu, iztirab və çaşqınlıq içərisindədir
    İsrailin Nazirlər Kabineti qorxu, iztirab və çaşqınlıq içərisindədir

İsrail rejiminin sabiq müharibə və baş naziri hazırkı baş nazir Benyamin Netanyahunun militarist siyasətlərini İsrailin Nazirlər Kabinetində qorxu, iztirab və çaşqınlıq içərisində olmasının nişanəsi adlandırıb.

İsrailin sabiq baş naziri və müharibə naziri İhud Barak bazar ertəsi günü İsrail ordusunun radiosu ilə müsahibədə Benyamin Netanyahunun Qəzzə ilə bağlı siyasətlərinin məğlubiyyətə uğramasına işarə edərək, deyib: Təl-Əviv Fələstin İslam Müqaviməti Hərəkatı HƏMAS-ın qarşısında acizdir və bu hərəkatı zərərsizəşdirə bilməyib. 

İhud Barakın dediyinə görə, Netanyahu Fələstin Hökumətinin başçısı Mahmud Abbas ilə müzakirə fürsətini itirib və İordaniya ilə münasibətlərdə dərin böhran yaradıb. 

İsrailin sabiq müharibə naziri ötən cümə günü də 300 fələstinlinin qırğın edildiyini etiraf edib. 

27 sentyabr 2008 tarixində 225 fələstinli o cümlədən qadın və uşaq habelə, Fələstin polisinin əməkdaşları İsrailin Qəzzəyə olan hücumlarında həlak olmuşdu.