Ər-Riyad İnvestisiya Forumu və gəlməyən qonaqlar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i326478-Ər_riyad_İnvestisiya_forumu_və_gəlməyən_qonaqlar
Beynəlxalq İnvestisiya Forumu çərşənbə axşamı Ər-Riyada işə başlayıb. Amma, forumda iştiraka dəvət edilən qonaqların çoxu onda iştirakdan imtina edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 24, 2018 09:30 Asia/Baku
  • Ər-Riyad İnvestisiya Forumu və gəlməyən qonaqlar
    Ər-Riyad İnvestisiya Forumu və gəlməyən qonaqlar

Beynəlxalq İnvestisiya Forumu çərşənbə axşamı Ər-Riyada işə başlayıb. Amma, forumda iştiraka dəvət edilən qonaqların çoxu onda iştirakdan imtina edib.

İRİB-nin verdiyi məlumata görə, bir çox ölkə, beynəlxalq təşkilatlar və iri şirkətlər Ər-Riyad İnvestisiya Forumunu boykot edib. 

Ər-Riyad forumunun boykot edilməsinin səbəbi ərəbistanlı jurnalist Camal Qaşıqçının Ərəbistanın İstanbuldakı Baş Konsulluğunda dəhşətli formada qətlə yetirilməsi olub. 

Ərəbistan başçıları forumun açılış mərasimnidə boş qalan yerləri doldurmaq üçün adi vətəndaşlardan istifadə ediblər. 

"Gələcəyin İnvestisiya Təşəbbüsü" adı altında keçirilən Ər-Riyad forumu "Səhra Davosu" adı ilə məşhurlaşıb. Bu forum Ali-Səudun xarici sərmayələrin cəzbi istiqamətində yeni və uzun müddətli layihələrin təqdimatına həsr olunub. İki günlük Ər-Riyad forumu 25 oktyabra kimi davam edəcək. 

Səudiyyə rejimi cümə günü Camal Qaşıqçının qətlə yetirilməsindən 18 gün sonra, öz sükutuna son qoyaraq, tanınmış jurnalistin İstanbulda, Ərəbistanın Baş Konsulluğunda qətlə yetirilməsi faktını etiraf edib. 

Bir çox ölkə Ər-Riyadın Qaşıqçının qətlinə dair gecikmiş etirafını öncəki açıqlamaları ilə ziddiyyətli hesab edərək, bunu məsuliyyətdən boyun qaçırtmaq üçün hazırlanmış ssenari adlandırıblar.