Okt 25, 2018 11:02 Asia/Baku
  • Qəzzə zolağında səkkiz fələstinli yaralanıb

Qəzzə zolağında yerləşən Rəfəh şəhərinin şərqində sionist hərbçilərin atəşləri ilə səkkiz fələstinli yaralanıb.

Fələstin səhiyyə nazirliyinin sözçüsü Əşrəf Əlqudrət deyib ki, bir qrup fələstinli gənc cərşənbə günü gecə Qəzzə zolağının şərqindəki əl-Əvdə düşərgələrinin ətrafında aksiya keçirib. Onlar şinləri yandırıb və alovlanan maddələr tullayıblar.

Sionist hərbçilər fələstinlilərə hücum edərək, onların gecə aksiyalarını yatırıblar.

Digər tərəfdən, Qüdsü işğal etmiş rejmin hərbçiləri bu şəhərdə keçirilən etiraz aksiyasında iştirak edən bir qrup xristian rahibi ölümünə vurublar. Üç misirli rahib yaralanıb, beş digər rahib də sionist hərbçilər tərəfindən həbs olunubdur.

Xristian rahiblərin Qüds yepiskopu Antoniusun başçılığı altında keçirilən etiraz aksiyası Qüdsü işğal etmiş rejmin texniki bölməsinin Deyr-əl-Sultan kilsəsinə daxil olmasına qarşı keçirilibdir.

Teqlər