Bin Salman öz qazdığı quyuda...
https://azeri.sahartv.ir/news/qərbi_asia-i326532-bin_salman_öz_qazdığı_quyuda...
Ərəbistanlı jurnalist Camal Qaşıqçının qətlə yetirilməsinin ardınca yaranan qalmaqal gənc vəliəhdi məngənə kimi sıxmağa başlayıb. Əlbəttə, bu olayın Məhəmməd bin Salmanın axrına çıxacağını demək hələ tez olsa da, ən azından bu cinayətin onun hökmranlığını laxlatdığını və təsir altına aldığını desək, yanılmarıq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 25, 2018 14:16 Asia/Baku
  • Bin Salman və jurnalist Qaşıqçının oğlu
    Bin Salman və jurnalist Qaşıqçının oğlu

Ərəbistanlı jurnalist Camal Qaşıqçının qətlə yetirilməsinin ardınca yaranan qalmaqal gənc vəliəhdi məngənə kimi sıxmağa başlayıb. Əlbəttə, bu olayın Məhəmməd bin Salmanın axrına çıxacağını demək hələ tez olsa da, ən azından bu cinayətin onun hökmranlığını laxlatdığını və təsir altına aldığını desək, yanılmarıq.

Bu təsvir, Camal Qaşıqçının oğlu ilə Ərəbistan vəliəhdi Məhəmməd bin Salman arasındakı görüşə aiddir. Bəzi analitiklərin qənaətinə grə, Bin Salman tezliklə istefa verəcək. Xüsusilə, gənc vəliəhdin vandallığına dair hər gün bir-birindən acı xəbərlərin medialarda işıqlandırılması, Trampın kral ailəsini müdafiə edərək, ictimai təzyiqlərə qarşı dayanmasını daha da çətinləşdirir.

Cancey Universitetində Beynəlxalq İnsan Haqları Mərkəzinin təsisçisi Corc Andreopolos bu barədə deyir: “Tramp, ümmilikdə və sistematik şəkildə, həqiqətləri deməkdən imtina edir. Amma, bu dəfə durum fərqlidir.”

Bu dəfə olanlara göz yummaq mümkün deyil. Hətta, Ərəbistanın cəzalandırılmasının İranın güclənməsinə səbəb olacağı bəhanəsi də Trampa kömək etməyəcək.

Deyəsən, məsələ qəlizləşib. Həm silah müqavilələri, həm İrana qarşı neft sanksiyaları, həm də Məhəmməd bin Salmanın can-ciyəri olan Trampın kürəkəni Kuşner üçün.

Bu arada, Vaşinqton Post Ərəbistan vəliəhdi Məhəmməd bin Salmanın beynəlxalq bir məhkəmədə mühakimə edilməli olduğunu yazır.