Səud prokuroru etiraf edib: Qaşıqçının qətli öncəki niyyətlə həyata keçirilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i326535-səud_prokuroru_etiraf_edib_qaşıqçının_qətli_öncəki_niyyətlə_həyata_keçirilib
Türkiyənin səudiyyəli müxalif jurnalist Camal Qaşıqçının qətlinin öncədən hazırlanmış plan əsasında həyata keçirildiyini bildirməsindən sonra bir səud prokuroru da deyib: Əldə olunan məlumatlar göstərir ki, müttəhimlər öncədən hazırlanmış plan əsasında bu jurnalisti qətlə yetiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 25, 2018 15:53 Asia/Baku
  • Səud prokuroru etiraf edib: Qaşıqçının qətli öncəki niyyətlə həyata keçirilib

Türkiyənin səudiyyəli müxalif jurnalist Camal Qaşıqçının qətlinin öncədən hazırlanmış plan əsasında həyata keçirildiyini bildirməsindən sonra bir səud prokuroru da deyib: Əldə olunan məlumatlar göstərir ki, müttəhimlər öncədən hazırlanmış plan əsasında bu jurnalisti qətlə yetiriblər.

Ərəbistan prokuroru Səud bin Abdullah əl-Muəccəb deyib: Həqiqətə çatmaq üzrə təhqiqatlar və bu qətlin amillərinin ədalətin əlinə tapşırılması davam edəcək.

Əlmuəccəb əlavə edib: Müştərək səud-türk komitəsi tərəfindən əldə olunmuş informasiyadan istifadə ilə müttəhimlər barədə təhqiqatlar davam edəcəkdir.

Səud prokurorunun sözləri elə bir halda söylənir ki, səud rejiminin məsul bir şəxsi ötən həftə Röyters xəbər agentliyinə demişdi ki, Camal Qaşıqçının fəryad etmələrindən sonra qətl amillərindən biri onun ağzını tutaraq, Qaşıqçını boğubdur.