Okt 26, 2018 20:07 Asia/Baku
  • Ərəbistanın PUA-sı Cizanda vuruldu
    Ərəbistanın PUA-sı Cizanda vuruldu

Yəmən ordusu və xalq qüvvələrinin havadan müdafiə qüvvələri Cizanda Ərəbistana məxsus bir ədəd pilotsuz uçan aparatı (PUA) vurub.

İRNA-nın məlumatına görə, Yəmənin hava hücumundan müdafiə qüvvələri cümə günü Ərəbistanın bir ədəd PUA-sını bu ölkənin cənubunda, Cizan vilayətində yerləşən Carə Vadisindəki Əl-Həriqə məntəqəsi üzərində uçarkən vurublar.

Yəmən ordusunun hava hücumundan müdafiə qüvvələri 9 oktyabrda da Ərəbistanın 2 ədəd PUA-sını Cizan vilayətində vuraraq, yerə salmışdılar.

Yəmən ordusu həmçinin, bu gün Ərəbistan ordusunun bir ədəd buldozerini Cizan vilayətində, Məhvələ məntəqəsində vuraraq, məhv edib.

Bu məlumata görə, Cizanda bir qrup Ərəbistan hərbçisi və təcavüzkar qüvvə minaya düşüb. Ölən və  yaralananlar var.

Ərəbistan 2015-ci ilin martından Yəmənə qarşı genişh ücumlara başlayıb. ABŞ və Birləşmiş Ərəb Əmirliklərinin geniş dəstəyi ilə Ərəbistan indiyə kimi yəməndə 14 mindən çox insanı qırğın edib. Bu hücumlarda on minlərlə insan da yaralanıb. Milyonlarla nəfərin didərgin düşdüyü bu müharibə Yəməndə sivil infrastrukturların tamamilə məhv olmasına səbəb olub.

Teqlər