Okt 28, 2018 10:49 Asia/Baku
  • Adil Əbdulməhdi-İraqın yeni baş naziri
    Adil Əbdulməhdi-İraqın yeni baş naziri

İraqın yeni baş naziri dünən bu ölkənin hərbi və təhlükəsizlik başçılarından bir qrupu ilə görüşdə terror qrupları ilə mübarizənin onların İraqdakı köklərinin tam şəkildə kəsilməsinədək davam etdirilməsi vacibliyini vurğulayıb.

Adil Əbdulməhdi bildirib ki, ordunun və silahlı qüvvələrin vəzifəsi, xalqı himayə etməkdir. O, deyib: İraqın silahlı qüvvələrinin fədakarlıqları bu ölkənin terrorçular üzərində qələbəsinə səbəb olubdur.

İŞİD terror qrupu 2014-cü ildə Amerikanın, həmçinin bu ölkənin qərbli və ərəb müttəfiqləri, o sıradan Ərəbistanın maliyyə və hərbi dəstəklərilə İraqa hücum edərək, bu ölkənin şimal və qərb məntəqələrinin geniş hissələrini işğal etdi və saysız-hesabsız cinayətlər törətdi. Onun ardınca İraq İrandan terrorçularla mübarizədə Bağdada kömək etməsini istədi.

İraqlı qüvvələr İran İslam Respublikasının hərbi məşvərət köməklərilə 2017-ci il noyabrın 17-də İraqın Ələnbar vilayətində yerləşən Ravə şəhərini azad etməyə müvəffəq oldular. Bu şəhərin azad edilməsilə əslində İraqda İŞİD-in işi bitdi.

Teqlər