Cizana atılan 2 raket yəmənlilərin Ərəbistanın təcavüzlərinə cavabı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i326644-cizana_atılan_2_raket_yəmənlilərin_Ərəbistanın_təcavüzlərinə_cavabı
Yəmən ordusu və xalq qüvvələri ötən gecə Ali-Səudun cinayətlərinə cavab olaraq Ərəbistanın cənubunda yerləşən Cizan vilayətində səudiyyə hərbçilərinin mövqelərini iki ədəd ballistik raket ilə hədəfə alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 29, 2018 07:17 Asia/Baku
  • Cizana atılan 2 raket yəmənlilərin Ərəbistanın təcavüzlərinə cavabı
    Cizana atılan 2 raket yəmənlilərin Ərəbistanın təcavüzlərinə cavabı

Yəmən ordusu və xalq qüvvələri ötən gecə Ali-Səudun cinayətlərinə cavab olaraq Ərəbistanın cənubunda yerləşən Cizan vilayətində səudiyyə hərbçilərinin mövqelərini iki ədəd ballistik raket ilə hədəfə alıblar.

Əl-Aləm kanalının bildirdiyinə görə, Yəmən ordusu və xalq qüvvələri atılan raketlərin "Zilzal-1" növündən olduğunu elan ediblər. 

Yəmən ordusu və xalq qüvvələri şənbə günü də Cizanda Ərəbistan hərbçilərinin mövqelərini hədəfə almışdılar. 

Yəmən ordusu və xalq qüvvələrinin müdafiə qüdrəti bu ölkənin Səudiyyə Ərəbistanı tərəfindən mühasirədə saxlanılmasına baxmayaraq, hər gün daha da artır. 

Yəmən ordusu və xalq qüvvələri təqribən hər gün Ərəbistanı ballistik raketlər ilə hədəfə alırlar. Bu hücumlar Ərəbistanın Yəmənə olan təcavüzlərinə cavab sayılır.