Noy 01, 2018 10:25 Asia/Baku
  • İŞİD Kabil terror aktının məsuliyyətini üzərinə götürdü

İŞİD terror qruplaşması Əfqanıstanın paytaxtı Kabildəki "Polçərxi" zindanı qarşısında törədilən terror aktının məsuliyyətini üzərinə götürdü.

AVA xəbər agentliyinin verdiyi məlumata görə, dünən çərşənbə günü terrorçu kamikadzeninin Kabildə, "Polçərxi" zindanının girişində özünü partlatması nəticəsində 3-ü polis olmaqla 7 nəfər həlak olub, 14 nəfər də yaralanıb. İŞİD bu terror aktının məsuliyyətini üzərinə götürüb. 

Polçərxi zindanı Əfqanıstanın ən iri zindanı sayılır. Bu zindanda təqribən 10 min məhbus saxlanılır. 

Polçərxi zindanında cinayətkarlar ilə yanaşı, siyasi məhbuslar və məhbus Taliblər də saxlanılır. 

Teqlər