Yəmən Ər-Riyadin cinayətlərinin durdurulması üzrə səyləri müsbət qarşıladı
Yəmənin Milli Qurtuluş hökumətinin xarici işlər naziri deyib: Səna Ərəbistanın başçılıq etdiyi koalisiyanın Yəmənə qarşı hücumlarının durdurulması və siyasi həl yolunun bərpa edilməsinə dair səyləri müsbət qarşılayır.
Hişam Şərəf çərşənbə günü deyib: Yəməndə atəşkəsin zəruriliyinə təkid edən ölkələr bu istiqamətdə təcili və praktiki addımlar atmalıdırlar.
O, daha sonra deyib: Yəmənin Milli Qurtuluş hökuməti həmişə olduğu kimi real sülh təklifini müsbət qarşılayır. Yəmən xalqının maraqlarını təmin edəcək, bu ölkənin təhlükəsizliyi, sabitliyi və ərazi bütövlüyünə zəmanət verəcək bir slhü.
ABŞ və Avropa ölkələrinin Yəmənə qarşı hücumların durdurulmasına dair istəyi, ərəbistanlı jurnalist Camal Qaşıqçının Ərəbistanın İstanbuldakı baş konsulluğundə qətlə yetirilməsinin ardınca təzyiqlərin və ictimai tələblərin artmasından qaynaqlanır.