Yəmən BMT-nin Ərəbistanın cinayətləri qarşısındakı ikili rəftarını qınadı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i326784-yəmən_bmt_nin_Ərəbistanın_cinayətləri_qarşısındakı_ikili_rəftarını_qınadı
Yəmənin Ali İnqilab Komitəsinin sədri BMT-nin jurnalist Camal Qaşıqçının qətlinə dair araşdırma aparmaq üçün beynəlxalq komitənin təşkilinə dair qərarına reaksiya olaraq, BMT-nin ikili rəftarını və Yəmən xalqına qarşı törədilən cinayətlərə göz yummasını tənqid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 01, 2018 15:49 Asia/Baku
  • Yəmən BMT-nin Ərəbistanın cinayətləri qarşısındakı ikili rəftarını qınadı

Yəmənin Ali İnqilab Komitəsinin sədri BMT-nin jurnalist Camal Qaşıqçının qətlinə dair araşdırma aparmaq üçün beynəlxalq komitənin təşkilinə dair qərarına reaksiya olaraq, BMT-nin ikili rəftarını və Yəmən xalqına qarşı törədilən cinayətlərə göz yummasını tənqid edib.

İRİB-nin verdiyi məlumata görə, Məhəmməd Əli Husi deyib: Yəmən xalqı jurnalist Camal Qaşıqçını qətlə yetirənlərin cəzalandırılmasına dair bütün addımları dəstəkləyir. Amma, eyni zamanda BMT-nin Yəmən xalqı üçün də ədalətin təmin edilməsi istiqamətində addım atmasını, Ərəbistanın Yəmən xalqına qarşı vəhşiliklərinin durdurulması və cinayətkarların cəzalandırılması qarşısında sükut etməsi və ikili rəftarını qınayır.