Səud koalisiyasının qırıcıları Yəmən paytaxtını bombalayıblar
Noy 02, 2018 11:01 Asia/Baku
Təcavüzkar səud koalisiyasının qırıcıları bu gün səhər tezdən otuz dəfə Yəmən paytaxtını bombalayıblar.
Təcavüzkar səud koalisiyasının qırıcıları Səna beynəlxalq hava limanını, habelə paytaxtdan şimalda yerləşən əl-Dəyləmi hava bazasını, eləcə də şimal-qərbdə yerləşən Həmədan məntəqəsini bombalayıblar.
Bəzi informasiya mənbələri Yəmən paytaxtında bir neçə partlayış səsinin eşidilməsindən xəbər veriblər.
Səud rejimi qırıcılarının Sənanın üzərindəki uçuşları davam etməkdədir.
Hələ bu hücumların törətdikləri ehtimal olunan xəsarətlər və tələfat barədə bir məlumat yayılmayıbdır.