Səudiyyə Ərəbistanının Yəməndə yaşayış məntəqələrinə hücumları davam edir
-
Səudiyyə Ərəbistanının Yəməndə yaşayış məntəqələrinə hücumları davam edir
Səudiyyə Ərəbistanının hərbi təyyarələri bir daha Yəmənin qərbində Hüdəydə şəhərinin yaşayış məntəqələrini bombalayıblar.
Əl-Məyadin telekanalının verdiyi məlumata görə, Yəmənin Səhiyyə Nazirliyi dünən bildirib ki, Səudiyyə ordusunun Hüdəydənin şərqindəki yaşayış məntəqələrinə hücumunda bir nəfər ölüb və 3 nəfər yaralanıb.
Yəmən ordusu və xalq komitələrinin Pilotsuz Uçan Aparatlar bölməsi də Səudiyyə ordusunun mülkiyə qarşı hücumlarına cavab olaraq Səudiyyə Ərəbistanının Əsir vilayətinin Xəmis Məşit bölgəsində Məlik Xalid hava bazasını Qasif-1 PUA-dan istifadə edərək hədəfə alıb.
Səudiyyə mediyaları bildiriblər ki, bu ölkənin cənubunda Yəmənlə sərhədlərdə Yəmən qüvvələri ilə toqquşmalarda 4 səudiyyəli hərbçi ölüb.
Yəmən inqilabının ali komitəsinin sədri Məhəmməd Əli Əl-Husi Ali-Səuda öz militarist siyasətlərində məğlubiyyətə uğrayacağına dair xəbərdarlıq edib.
Ərəbistan ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martından Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır. Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək on dörd mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.
Ərəbistanın hərbi təcavüzü habelə yoxsul Yəmən ölkəsini kəskin qida və dərman çatışmazlığı ilə üzləşdiribdir.
Səud rejimi və müttəfiqləri indiyədək Yəmən xalqının müqavimətinə görə, bu ölkədəki hədəflərinə çata bilməyiblər.