"Qayıdış haqqı" yürüşlərinin 32-ci cüməsində onlarla fələstinli yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i326922-qayıdış_haqqı_yürüşlərinin_32_ci_cüməsində_onlarla_fələstinli_yaralanıb
Onlarla fələstinli "Qayıdış haqqı" yürüşlərinin 32-ci cüməsində Qəzzə zolağının işğal olunmuş Fələstinlə səhər bölgələrində sionist rejim hərbçilərinin atəşi nəticəsində yaralanıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 03, 2018 08:40 Asia/Baku
  • "Qayıdış haqqı" yürüşlərinin 32-ci cüməsində onlarla fələstinli yaralanıb

Onlarla fələstinli "Qayıdış haqqı" yürüşlərinin 32-ci cüməsində Qəzzə zolağının işğal olunmuş Fələstinlə səhər bölgələrində sionist rejim hərbçilərinin atəşi nəticəsində yaralanıblar.

Əl-Məyadin xəbər agentliyinin verdiyi məlumata görə, Qəzzə zolağının sakinlərindən ibarət fələstinlilər Balfor bəyannaməsinin qəbul olunmasının ildönümü günü ilə eyni zamanda ardıcıl olaraq 32-ci həftə üçün qayıdış haqqı yürüşlərində iştirak edib. Yürüşün şüarı  belə olub: "Fələstin xalqı nəhs Balfor bəyannaməsini məhv edəcək". 

Fələstinin Səhiyyə Nazirliyi bildirib: İndiyədək sionist rejim hərbçiləri tərəfindən birbaşa atəşə məruz qalan 32 nəfər xəstəxanaya köçürülüb və onlarla fələstinli də gözyaşardıcı qazdan xəsarət alıb. 

Bu məlumata görə, sionist rejim tankları da Xan Yunusun şərqində Əl-Əudə düşərgəsinə atəş açıblar. 

Fələstinlilərin qayıdış haqqı aksiyaları cari il 30 martdan strat götürdü. Məqsəd sionist rejimin işğalçılığına və Qəzzə zolağının mühasirəsinə son qoymaqdır. İndiyədək bu yürüşlərdə sionist hərbçilərin hücumları nəticəsində 200-dən çox fələstinli şəhid olub və 21 min nəfər yaralanıb.