Səudların bazası Yəmənin ballistik raketinin hədəfinə çevrilib
-
Səudların bazası Yəmənin ballistik raketinin hədəfinə çevrilib
Yəmənin ordusu və xalq komitələri dünən gecə bir ədəd yerli ballistik raketlə səud hərbçilərinin Yəmənin qərb sahilində yerləşən bazasını hədəfə alıbdır.
Yəmənin ordusu və xalq komitələri bildiribdir ki, bu bazanı "Bədr p-1" tipli yerli raketlə hədəfə alıbdır.
Bu raketin diqqətlə hədəfə dəydiyini bildirən Yəmənin ordusu və xalq komitələri qeyd edibdir ki, həmin hücumda bir qrup səud muzduru ölüb və ya yaralanıbdır.
Yəmənin müdafiə naziri general-mayor Muhəmməd Nasir əl-Atifi iyulun 5-də vurğulamışdı ki, bu ölkənin qərb sahili təcavüzkarlar üçün qəbiristanlıq olacaqdır.
Yəmənin ordusu və xalq komitələri cümə günü də bu raket tipindən digər birisini səud koalisiyasının Ərəbistanın cənubunda yerləşən Nəcran məntəqəsindəki hərbi bazasına atmışdı.
Yəmənin ordusu və xalq komitələrinin raket bölməsi çoxlu sayda sınaqlardan sonra oktyabrın 27-də ballistik və elektron "Bədr p-1" raketini təqdim etdi.