Netanyahu ABŞ-ın İrana qarşı sanksiyalarının geri dönməsini alqışlayıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i326963-netanyahu_abŞ_ın_İrana_qarşı_sanksiyalarının_geri_dönməsini_alqışlayıb
Sionist rejimin baş naziri dünən gecə ABŞ prezidentinin bu ölkənin İrana qarşı sanksiyalarını geri qaytarmasına dair addımını rəğbətlə qarşılayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 04, 2018 09:13 Asia/Baku
  • Netanyahu ABŞ-ın İrana qarşı sanksiyalarının geri dönməsini alqışlayıb
    Netanyahu ABŞ-ın İrana qarşı sanksiyalarının geri dönməsini alqışlayıb

Sionist rejimin baş naziri dünən gecə ABŞ prezidentinin bu ölkənin İrana qarşı sanksiyalarını geri qaytarmasına dair addımını rəğbətlə qarşılayıb.

Benyamin Netanyahu Trampın bu hərəkətini "tarixi bir hərəkət" adlandırıb.

Tramp cümə günü nüvə anlaşmasına əsasən aradan götürülmüş İrana qarşı bütün sanksiyaların geri dönməsindən xəbər verdi.

Eyni zamanda, Almaniya, İngiltərə və Fransanın xarici işlər və maliyyə nazirləri Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi ilə yanaşı, müştərək bir bəyanatda bu birliyin İranla öz ticarət və bank əlaqələrinin qorunub saxlanılması üzrə xüsusi maliyyə mexanizminin diqqətəlayiq irəliləyişindən xəbər veriblər.

ABŞ prezidenti Donald Tramp mayın 8-də Vaşinqtonun nüvə anlaşmasından çıxdığını və nüvə sanksiyalarının geri döndüyünü elan etdi.

Bu sanksiyalar 90 və 180 günlük iki dövrdə geri dönməli idi. Birinci dövr avqustun 7-dən icraya qoyulub. İkinci dövr isə sabah səhərdən icra olunacaqdır.

ABŞ-ın nüvə anlaşmasından çıxması geniş beynəlxalq tənqidlərlə, xüsusən bu beynəlxalq anlaşmanı imzalamış digər tərəflərin tənqidləri ilə üzləşibdir. İngiltərə, Fransa, Rusiya, Çin, Almaniya və Avropa Birliyi bildiriblər ki, nüvə anlaşmasına sadiq qalaraq, ona dəstək verirlər.

Bu istiqamətdə İran və Avropa ABŞ-ın nüvə anlaşmasından çıxmasından sonra bu beynəlxalq anlaşmanın qorunub saxlanılması məqsədilə son həftələrdə danışıqlara başlayıblar. Avropa bu müzakirələr gedişində üzərinə öhdəlik götürübdür ki, Amerikanın İrana qarşı sanksiyaları ilə mübarizə üçün və nüvə anlaşması çərçivəsində, Tehrana himayə paketi təqdim edəcək.

Dünya Trampın əksinə olaraq, nüvə anlaşmasının qorunub saxlanılmasının tərəfdarıdır.

Yalnız sionist və səudiyyə rejimləri Trampa dəstək verirlər.