Bəhreyndə "əl-Vifaq" milli-islami cəmiyyətinin baş katibi ömürlük həbsə məhkum edilib
Bəhreyndə bir məhkəmə bu ölkədə "əl-Vifaq" milli-islami cəmiyyətinin baş katibini ömürlük həbsə məhkum edib.
Şeyx Əli Salmanın apellyasiya məhkəməsi üzrə dördüncü iclası bu gün keçirilib və baş katibdən əlavə, parlamentin iki keçmiş nümayəndəsinin bəraət qazanması hökmü də ləğv olunub və hər üç nəfər ömürlük həbsə məhkum edilibdir.
Ali-Xəlifə rejimi "əl-Vifaq" cəmiyyətinin baş katibini və parlamentin iki keçmiş nümayəndəsini "Qətər üçün casusluq" kimi puç ittihamla ittiham edib, amma özünün bu iddiasını sübut etmək üçün heç bir sənəd təqdim etməyibdir.
Bəhreyn şiələrinin rəhbərlərindən olan Şeyx Əli Salman 2014-cü ildə həbs edildi və 2015-ci ilin iyulunda dörd il həbsə məhkum olundu. Amma apellaysiya məhkəməsi onu rejimin dəyişdirilməsinə təşviqat ittihamı ilə mühakimə edərək, onun həbs müddətini doqquz ilədək artırdı.