Əl-Vifaq Şeyx Əli Salman üçün ömürlük həbs hökmünü pisləyib
Noy 04, 2018 18:07 Asia/Baku
-
Əl-Vifaq Şeyx Əli Salman üçün ömürlük həbs hökmünü pisləyib
Bəhreyndə əl-Vifaq cəmiyyəti bu cəmiyyətin baş katibi Şeyx Əli Salman üçün ömürlük həbs hökmünün çıxarılmasını pisləyib.
"Əl-Vifaq" milli-islami cəmiyyəti bir bəyanat yayaraq bildirib ki, Bəhreyn xalqı hər zamandakından daha çox bu ölkədə qüdrətin dəyişdirilməsi vacibliyinə agahdır.
"Əl-Vifaq" cəmiyyətinin bəyanatında deyilir: Ali-Xəlifə rejimi böhran içindədir və siyasi məhbuslardan girov kimi istifadə edir. Belə ki, Yaxın Şərq ölkələri arasında ən çox siyasi məhbus Bəhreynə aiddir.