Ərəbistan qırıcıları Yəmənin Əl-Hüdəydə vilayətini 80 dəfə raket zərbəsi endiriblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i327095-Ərəbistan_qırıcıları_yəmənin_Əl_hüdəydə_vilayətini_80_dəfə_raket_zərbəsi_endiriblər
Yəməndən daxil olan məlumatlara görə, Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiya qüvvələri ötən saatlar ərzində Əl-Hüdəydə vilayətinin 16-cı kilometr adlı məntəqəsini, Xəmsin prospektini və ətraf mənətəqələri 80 dəfə hədəfə alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 05, 2018 07:28 Asia/Baku
  • 
Ərəbistan qırıcıları Yəmənin Əl-Hüdəydə vilayətini 80 dəfə raket zərbəsi endiriblər
    Ərəbistan qırıcıları Yəmənin Əl-Hüdəydə vilayətini 80 dəfə raket zərbəsi endiriblər

Yəməndən daxil olan məlumatlara görə, Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiya qüvvələri ötən saatlar ərzində Əl-Hüdəydə vilayətinin 16-cı kilometr adlı məntəqəsini, Xəmsin prospektini və ətraf mənətəqələri 80 dəfə hədəfə alıblar.

Yəmənin Əl-Məsirə informasiya portalının verdiyi məlumata əsasən Ərəbistan qırıcılarının Əl-Hüdəydə vilayətinə olan hücumları ötən 24 saat ərzində bu məntəqədə yəmənli qüvvələrin qəfil hücumu nəticəsində 113 təcavüzkar qüvvənin öldürülməsi və 156 nəfəirn də yaralanmasının ardınca baş tutub. 

Yəmənin Ənsarullah hərəkatının sözçüsü Məhəmməd Əbdüssəlam bundan öncə Tvitterdə paylaşdığı yazıda Ərəbistanın Əl-Hüdəydə istiqamətində heç bir irəliləyiş əldə edə bilmədiyini yazıb.

Yəmən ordusu və xalq qüvvələri həmçinin, Ərəbistan ilə sərhəd məntəqədə, Cizan vilayəti istiqamətində Ərəbistan hərbçilərinin Cəhfan yüksəkliklərindəki hücum əməliyyatını önləyərək, düşmən cəbhəsinə ağır zərbələr endiriblər.