Bağdad terror aktında 8 nəfər həyatını itirdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i327096-bağdad_terror_aktında_8_nəfər_həyatını_itirdi
Ötən günə İraqın paytaxtı Bağdad şəhərində törədilən üç terror aktında ölənlərin sayı 8 nəfərə çatıb. Yaralı sayının 16 nəfər olduğu bildirilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 05, 2018 07:56 Asia/Baku
  • Bağdad terror aktında 8 nəfər həyatını
    Bağdad terror aktında 8 nəfər həyatını

Ötən günə İraqın paytaxtı Bağdad şəhərində törədilən üç terror aktında ölənlərin sayı 8 nəfərə çatıb. Yaralı sayının 16 nəfər olduğu bildirilir.

İRİB-nin verdiyi məlumata görə, ilk partlayış Bağdadın Ədən meydanında, Kazımeyn şəhərinin əsas girişinin yaxınlığında törədilib. Bu hadisədə 2 mülki həyatını itirib, 4 nəfər yaralanıb. 

İkinci partlayış isə Bağdadın Ət-Tiras məntəqəsində, ticarət mərkəzinin yaxınlığında törədilib. Bu hadisədə 5 mülki yaralanıb. 

Üçüncü partlayış isə Əş-Şölə məntəqəsində baş verib. Bu hadisədə 2 nəfər ölüb, daha iki nəfər də yaralanıb. 

İraq polisi Bağdadın şərqində, Əl-Həbibiyyə məntəqəsində də bir mikro-avtobusa quraşdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində 3 mülkinin ölməsi, daha 3 nəfərin də yaralanmasından xəbər verib. 

Hələ ki, bu terror aktlarının məsuliyyətini üzərinə götürən tərəf olmayıb. 

İŞİD terror qruplaşmasının İraqda məğlub olmasına baxmayaraq, hələ də bəzi terrorçular ölkənin müxtəlif məntəqələrində pərakəndə şəkildə təxribatçılıqla məşğuldurlar.