Ərəbistan qırıcıları Yəmənin Əl-Hüdəydə vilayətini 30 dəfə bombardman ediblər
Yəmən qaynaqları cümə axşamı səhər bir məlumat yayaraq, Ərəbistan qırıcılarının ötən saatlar ərzində Əl-Hüdəydə şəhərinə 30 dəfə hücum etdiklərini bildiriblər.
Yəmənni Əl-Məsirə informasiya kanalının verdiyi məlumata görə, Ərəbistan qırıcılarının ötən saatlar ərzində Əl-Hüdəydə şəhərinin "16-cı kilometr" adlı məntəqəsi habelə, Sittin prospektinə olan hücumlarında bir qrüp mülki ölüb və yaralanıb.
Ərəbistan qırıcıları həmçinin, Yəmənin Səna vilayətində yerləşən Sənhan qəsəbəsini də hədəfə alıblar.
Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələri öz cinayətlərinin davamında dünən də Yəmənin Həccə vilayətində yerləşən Hərz məntəqəsində bir ailənin üzvü olan 8 nəfəri qırğın ediblər.
Ərəbistanın Yəmənə olan hücumlarında indiyə kimi 16 mindən çox insan həlak olub.