Ərəbistan qırıcıları Yəmənin Əl-Hudəydə vilayətini vurdular
https://azeri.sahartv.ir/news/qərbi_asia-i327474-Ərəbistan_qırıcıları_yəmənin_Əl_hudəydə_vilayətini_vurdular
Ərəbistan qırıcılarının Yəmənin Əl-Hudəydə vilayətinə olan hücumlarında 1 uşaq həlak olub, 9 nəfər də yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 09, 2018 16:20 Asia/Baku
  • Ərəbistan qırıcıları Yəmənin Əl-Hudəydə vilayətini vurdular

Ərəbistan qırıcılarının Yəmənin Əl-Hudəydə vilayətinə olan hücumlarında 1 uşaq həlak olub, 9 nəfər də yaralanıb.

Əl-Məsirə informasiya kanalının verdiyi məlumata görə, Ərəbistanın Yəmənin Əl-Hudəyvə vilayətinə olan hücumu ciddi dağıntılara da yol açıb.

Ötən gün də Ərəbistan qırıcıları Yəmənin Əl-Hüdəydə şəhərinin 16-cı kilometr məntəqəsini və Sittin prospektini 30 dəfə hücuma məruz qoyublar.

Ərəbistan ordusu və muzdlu qüvvələrinin Yəmənin Sədə vilayətində yerləşən Razəh şəhərinə qarşı artilleriya hücumuna da bir qadın həlak olub, 2 nəfər isə yaralanıb.