Bəhreyndə Ali-Xəlifənin siyasətlərinə etiraz olaraq aksiya keçirilib
Bəhreyn alimləri, ruhaniləri və siyasi partiyalarının çağırışının ardınca bu ölkə xalqı bu gün cümə milli-islami Əl-Vifaq cəmiyyətinin baş katibi Şeyx Əli Salmanı himayə məqsədi ilə aksiya keçirib, Ali-Xəlifə rejiminn İsrail rejimi ilə əlaqələrini normallaşdırmağa çalışmasına etiraz edib.
İRNA-nın məlumatına görə, etiraz aksiyasında iştirak edən bəhreynlilər əllərində Şeyx Əli salmanın fotoşəkillərini daşıyaraq, Ali-Xəlifə rejiminin bu tanınmış ruhani və Bəhreyn parlamentinin sabiq iki üzvü barədə ömrülük həbs qərarı çıxartmasını qınayıblar.
Aksiya iştirakçıları həmçinin, Ali-Xəlifə rejiminin İsrail ilə əlaqələrin normallaşdırılmasına dair qərarına etiraz edərək, sionist rejim başçılarının Bəhreynə səfər etmələrinə qarşı çıxıblar.
İsraildə çıxan Yadiot Aharnot qəzeti son zamanlar yazıb: Ali-Xəlifə rejimi İsrail ilə gizli danışıqlar aparır. Danışıqlarda məqsəd iki rejim arasında əlaqələrin normallaşdırılması və açıq müstəvidə münasibətlərin qurulmasıdır. Belə ki, İsrailin baş naziri Benyamin Netanyahunun Manamaya səfəri iki rejim arasında əlaqələrin normallaşması üçün bir başlanğıc olacaq.