Sionistlərin Qərb Sahilinə hücumunda onlarla fələstinli yaralanıb
İsrail hərbçiləri bu gün cümə İordan çayının qərb sahilində yerləşən Ramallah şəhərinin qərbində, Cəbəl Risan məntəqəsində fələstinlilərə hücum edərək, onlarla nəfəri yaralayıblar.
Fələstin Əl-Yəum informasiya portalının verdiyi məlumata görə, İsrail hərbçiləri fələstinlilərə qarşı döyüş gülləsidən və zəhərli qaz bombalarından istifadə ediblər.
Bu hücum zamanı İsrail hərbçiləri bir qrup fələstinlini o cümlədən cümə namazı xitabətçilərindən olan Şeyx Naceh Təməllahı həbs ediblər.
İsrail hərbçiləri təcili yardım maşınlarına tərəf də atəş açaraq, onların yaralılara yardım etmələrinə imkan verməyiblər.
Bu məlumata görə, İsrail hərbçiləri Ramallahda yerləşən Bəlin məntəqəsində də fələstinlilərin etiraz aksiyasına hücum ediblər. Onlarla nəfərin yaralandığı bildirilir.