Yəmən ordusu Ərəbistan muzdlularının mövqeyinə raket zərbəsi endirib
Noy 10, 2018 18:09 Asia/Baku
-
Yəmən ordusu Ərəbistan muzdlularının mövqeyinə raket zərbəsi endirib
Yəmən ordusu və xalq qüvvələri Ərəbistanın cənubunda, Əsir məntəqəsində muzdlu qüvvələrin mövqeyini bir ədəd Bədr-1 ballistik raketi ilə hədəfə alıblar.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Yəmən ordusu və xalq qüvvələri Ərəbistan qırıcılarının hücumlarına xüsusilə Əl-Hudəydə şəhərinin 16-cı kilometr məntəqəsini intensiv şəkildə bombardman etməsinə cavab olaraq, təcavüzkar qüvvələrin mövqelərinə raket zərbələri endirib.
Bu məlumata görə, ərəbistan qırıcılarının Əl-Hudəydə şəhərinə olan hücumlarında 2 mülki həlak olub.