Ramullahda bir fələstinli gənc şəhid edilib
-
Ramullahda bir fələstinli gənc şəhid edilib
Sionist hərbçilərin atəşləri ilə yaralanmış bir fələstinli gənc dünən gecə yaralarının ağırlığı nəticəsində şəhid olub8.
Fələstin səhiyyə nazirliyi bildirib ki, oktyabrın 26-da İordan çayının qərb sahilinin mərkəzi olan Ramullah şəhərinin şimal-qərbində sionist hərbçilərin atəşləri nəticəsində baş nahiyəsindən hədəfə alınmış 28 yaşlı fələstinli gənc- Muhəmməd Şəritə yaralarının ağırlığı nəticəsində şəhid olubdur.
Fələstin səhiyyə nazirliyi cümə günü gecə də Qəzzə zolağında keçirilən böyük "Qayıdış haqqı" yürüşünün 33-cü cüməsində bir fələstinlinin şəhid olması, 37 nəfərin də yaralanmasından xəbər vermişdi.
Fələstin səhiyyə nazirliyi qeyd edibdir ki, yaralılar arasında bir neçə qadın və uşaq vardır.
"Yer günü" münasibətilə martın 30-dan Qəzzə zolağında başlanan dinc "Qayıdış haqqı" yürüşünün keçirilməsi davam etməkdədir.