İraqın qərbindəki terror hücumunda 9 nəfər ölüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i327855-İraqın_qərbindəki_terror_hücumunda_9_nəfər_ölüb
Terrorçular İraqın Ələnbar vilayətində yerləşən yaşayış massivlərinə hücum edərək, 9 nəfəri qətlə yetiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 13, 2018 05:05 Asia/Baku
  • qərbindəki terror hücumunda 9 nəfər ölüb
    qərbindəki terror hücumunda 9 nəfər ölüb

Terrorçular İraqın Ələnbar vilayətində yerləşən yaşayış massivlərinə hücum edərək, 9 nəfəri qətlə yetiriblər.

İraqdakı təhlükəsizlik mənbələri bildiriblər ki, terrorçular bu ölkənin Ələnbar vilayətində yerləşən Əlrəmadi şəhərinin yaxınlığındakı bir neçə evə hücum edərək, 9 nəfəri, o sıradan xalq səfərbər qüvvələrinin əsas üzvlərindən birini qətlə yetiriblər.

Bu hücumda bir qrup sivil də yaralanıbdır. Polis bu hücum barədə təhqiqatdan və onun amillərinin təqib olunmalarından xəbər verib.

Bundan öncə İraqın təhlükəsizlik və xalq qüvvələri bir əməliyyatda Ələnbar vilayətində bomba yerləşdirmək sahəsində fəaliyyət göstərən bir terror qrupunun üzvlərindən altı nəfəri öldürməyə müvəffəq olmuşdular.

Ələnbar vilayəti ötən aylarda İŞİD-dən təmizləndikdən sonra nəzərəçarpacaq sabitlik və təhlükəsizliyin şahidi idi, amma bununla belə, vaxtaşırı terror qruplarının onda mülkilərə və təhlükəsizlik qüvvələrinə qarşı əməliyyatları barədə məlumatlar verilir.