Noy 13, 2018 09:45 Asia/Baku
  • Suriya xalqının amerikan koalisiya tərəfindən qırğın edilməsi davam edir
    Suriya xalqının amerikan koalisiya tərəfindən qırğın edilməsi davam edir

Suriyanın rəsmi informasiya agentliyi- SANA bu gün səhər tezdən ABŞ-ın komandanlığı altında olan sözdə "beynəlxalq anti-İŞİD" koalisiyası qırıcılarının Suriyanın Diyrəzzur şəhərinin cənub-şərqində yerləşən Əlşəəfəh qəsəbəsinə hücumundan xəbər verib.

SANA bildirib ki, bu hücumda 60-dan çox sivil ölüb və ya yaralanıbdır.

Amerikan koalisiyanın qırıcıları dünən səhər də Suriyanın Diyrəzzur məntəqəsinin Həcin kəndinə qarşı hücumda azı iki qadın və iki uşağın həyatına son qoymuşdular.

Cümə günü gecə də amerikan koalisiyanın qırıcıları Həcin-də 26 suriyalı mülkini qanına qəltan etmişdilər.

Suriya dövləti dəfələrlə BMT-nin baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə məktub göndərərək, onlardan amerikan koalisiyanın Suriyadakı cinayətlərinə son qoymalarını istəyibdir.

ABŞ-ın başçılıq etdiyi sözdə "anti-İŞİD" koalisiyasının İraqa və Suriyaya qarşı hücumlarını izləyən "İvaras" müəssisəsi son zamanlar bildiribdir ki, 2014-cü ildən bəri amerikan koalisiyanın İraq və Suriyaya qarşı hava hücumlarında beş mindən çox mülki öldürülübdür.

 

Teqlər