Fələstin müqaviməti "Bayraq pusqusu" əməliyyatının məsuliyyətini üzərinə götürüb
-
Fələstin müqaviməti "Bayraq pusqusu" əməliyyatının məsuliyyətini üzərinə götürüb
Fələstin müqavimət komitələrinin hərbi qolu olan "Nasir Səlahəddin" diviziyaları Xan Yunusun şərqində həyata keçirilmiş "Bayraq pusqusu" əməliyyatının məsuliyyətini üzərinə götürüb.
"Nasir Səlahəddin" diviziyaları bu gün bir bəyanatda bildirib ki, 2018-ci il fevralın 17-də həyata keçirilmiş "Bayraq pusqusu" əməliyyatında bir sionist zabit öldürülüb və altı sionist hərbçi də yaralanıbdır.
Analitiklər bundan öncə bu əməliyyatı şücaətli və misilsiz bir əməliyyat adlandırmışdılar. Zira bir qrup sionist hərbçi mübariz fələstinli gənclərin "Qayıdış haqqı" aksiyasının fəaliyyətləri çərçivəsində Qəzzə zolağının 1948-ci ildə işğal olunmuş ərazilər ilə sərhəd zolağında dağlalandırdıqları Fələstin bayrağını yığışdırmaq üçün bu məntəqəyə basqın etdi və "Nasir Səlahəddin" diviziyaları mübarizlərinin pusqusuna düşdü.