Fələstinlilər Qəzzəyə dəstək aksiyası keçiriblər
İordan çayının müxtəlif bölgələrində çoxlu sayda fələstinli dünən etiraz aksiyası keçirərək Qəzzə sakinlərinə dəstək nümayiş etdiriblər və sionist rejimin son təcavüzlərini pisləyiblər.
Fələstin informasiya mərkəzinin bildirdiyinə görə, Ramullah, Əl-Xəlil, Nablos və Cenin şəhərlərinin sakinləri etiraz aksiyası keçirərək sionist rejimin Qəzzə zolağında fələstinlilərə qarşı təcavüzlərinin dayandırılması və bu bölgəyə qarşı zalım blokadanın ləğv edilməsini istəyiblər.
Fələstinlilər müqavimətin sionist rejimin təcavüzlərinə qarşı iqtidarlı mübarizəsi bütün fələstinlilərin başıucalığına səbəb olur və fələstinlilərin izzət və iftixarı ilə nəticələnir.
Eyni zamanda Qəzzə zolağında müxtəlif vilayətlər də sionist rejimin Qəzzəyə qarşı təcavüzü ilə qarşılaşmaq üçün müqavimətin səylərinə dəstək və Əl-Əqsa televiziyası ilə həmrəylik nümayişlərinin şahidi olub. Əl-Əqsa telekanalı bazar ertəsi gecə sionist rejimin hərbi təyyarələri tərəfindən dağıdılıb.
Qəzzədə yüzlərlə sakin Əl-Əqsa telekanalının dağıdılmış binası qarşısında piket keçirərək müqavimət mediyalarına dəstək nümayiş etdiriblər.
Cəbaliya, Əl-Bric didərgin düşərgələri və Xan Yunus şəhərində də müqavimətə dəsətək aksiyaları keçirilib.
Fələstin dövlətinin Qəzzədəki informasiya bütosunun rəhbəri bildirib ki, bazar günü axşamdan çərşənbə axşamınadək sionist rejimin Qəzzəyə hücumlarında 14 fələstinli şəhid olub və 30 nəfər yaralanıb.