Livan Hizbullahı: Müqavimət sionist rejimi məğlub etməyə qadirdir
Livan Hizbullahı vurğulayıb: Qəzzədəki qələbə belə bir möhkəm mesaja malik idi ki, müqavimət sionist rejimin hər bir təcavüzünü uğursuz qoymağa qadirdir.
Livan Hizbullahı dünən bir bəyanatda Qəzzə qələbəsi münasibəti ilə Fələstin xalqını və müqavimət qruplarını təbrik edərək bildirib: Bu qələbə müqavimət qruplarının müqaviməti, səbri və birliyinin bəhrəsi idi ki, döyüşləri yüksək diqqətlə idarə etdilər və Qəzzə döyüşü Fələstin müqavimətinin mövcud hərbi imkanlardan məharətli istifadə üzrə qüdrətini sübut etdi.
Livan Hizbullahının bəyanatında deyilir: Fələstin xalqının cəsarəti, ərəb ölkələrinin sionist rejimlə əlaqələri adiləşdirmək üzrə bütün addımlarını və bəzi ərəb liderlərinin xəyanətini uğursuz qoydu. Fələstin xalqı bütün fitnələri zərərsizləşdirəcək və "əsrin sövdələşməsi" iddiadan başqa bir şey deyildir.