Səudiyyənin Əl-Hüdəydəyə hava hücumunda 12 mülki ölüb və yaralanıb
Səudiyyə rejiminin qırıcıları dünən gecə Yəmənin qərbində Əl-Hüdəydə vilayətində yaşayış massivlərini neçə dəfə bombalayıblar.
İRİB-in verdiyi məlumata görə, bu hücumlarda ən azı 9 nəfər o cümlədən 3 qadın həlak olub, 3 nəfər də yaralanıb.
Təcavüzkar Səudiyyə koalissiyası 13 iyundan etibarən Əl-Hədidə limanını işğal etmək məqsədi ilə geniş hücumlara start verib.
Əl-Hədidə limanı Yəmənə humanitar yardımların çatdırılmasında əsas limandır.
BMT humanitar yardımlar üzrə koordinatoru bildirib ki, Yəməndə insani durum son dərəcə acınacaqlıdır.
Lis Grandi təcavüzkar Səudiyyə koalissiyasının Əl-Hədidəyə amansız hücumlarına toxunub və deyib: Yəmənli ailələr hava hücumlarına görə qorxu içində yaşayırlar.
BMT-nin Yəməndəki humnitar məsələlər üzrə koordinatoru öncə də Əl-Hədidədə insani faciənin baş verəcəyi barədə xəbərdarlıq etmişdi və bildirmişdi ki, bu limanda yaşayan yüz minlərlə mülki ölüm təhlükəsi ilə üz-üzədir.