Şeyx Nəim Qasim: Netanyahu, Tramp və Bin Salman şər üçbucağıdırlar
-
Şeyx Nəim Qasim: Netanyahu, Tramp və Bin Salman şər üçbucağıdırlar
Livan Hizbullahının baş katibinin müavini sionist rejimin baş naziri Benyamin Netanyahu, ABŞ prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanının vəliəhdi Bin Salmanın şər üçbucağı olduqlarını bildirərək deyib: Onlar region və dünyanı dağıtmaqdadırlar və dünyada hərhansı problemdə onların rolu var.
İRNA-nın verdiyi məlumata görə, Şeyx Nəim Qasim deyib: Bu üçbucaq zədələnib, onlar müqavimətin qalib gələcəyindən əmin oldular.
Şeyx Qasim deyib: Bin Salman Yəməndə məğlub oldu ona görə ki, çoxlu sayda günahsız insanları qırğın etdi və 12 milyon insanın aclıqla üz-üzə durmasına səbəb oldu amma Əl-Hədidə və digər bölgələrdə irəliləyə bilmədi.
Livan Hizbullahının baş katibinin müavini Tramp barədə isə deyib: O İranı sanksiya etmək üçün əlindən gələni etdi amma sonda İran xalqı və rəhbərinin müqaviməti ilə üzləşərək öz sanksiyalaırnın bir hissəsindən geri oturmalı oldu.
Şeyx Qasim deyib: Netanyahu da Qəzzədə fələstinlilərlə qarşılaşmaqda aciz qaldığına görə, geri oturmaq və atəşkəslə razılaşmalı oldu.
Livan Hizbullahının baş katibinin müavini Qəzzədə gedən son hadisələr barədə isə deyib: Qəzzə sionist rejim ilə qarşıdurmada böyük uğur qazandı və Fələstin xalıq və müqaviməti təcavüzü dəf etməkdə qalib gəldi, İsrail isə bu müharibədə məğlub oldu.